top of page
Search

Xroniki Bronxit nədir? Nə üçün tanımaq vacibdir.

ree

Xroniki bronxit, ağciyərlərə hava daşıyan bronxların uzun müddətli iltihabıdır. Bu vəziyyət

azı 3 ay davam edən və 2 il təkrarlayan balğamlı öskürəklə xarakterizə olunur. Xəstələrin

əksəriyyətində əsas səbəb siqaret çəkmədir. Bu xəstəlik, AXOX (Xronik Obstrüktif Ağciyər

Xəstəliyi) adlanan ciddi bir ağciyər xəstəliyinin əsas alt növlərindən biridir.


Əlamətləri nələrdir?

-Davamlı balğamlı öskürək (azı 3 ay, 2 il təkrarlanır)

-Nəfəs darlığı

-Sinə sıxılması və ya diskomfort

-Tez yorulma


Diaqnoz necə qoyulur?

Rentgen – Ağciyərdə sətəlcəm və ya digər problemləri ayırd etmək üçün.

Spirometriya – Dərin nəfəs alıb cihazla üfürmə testi. Bu test bronxitlə astma kimi xəstəlikləri

ayırd etməyə kömək edir.


Müalicə yolları

1. İnhalyatorlar (dərman spreyləri): Nəfəs yollarını açan və iltihabı azaldan inhalerlər.

2. Tabletlər : Əlamətlər ağırlaşdıqda bəzi tablet müalicələrindən istifadə olunur.

3. Oksigen terapiyası: Xəstəlik irəlilədikdə lazım ola bilər.

4. Pulmonar reabilitasiya: Doğru nəfəs almanı və fiziki aktivliyi öyrədən xüsusi

proqramlar.


Siz özünüz nə edə bilərsiniz?

Siqareti tərgidin: Bu, edəcəyiniz ən vacib addımdır.

Qıcıqlandırıcılardan uzaq durun: Duman, toz və hava çirkliliyindən qorunun.

Vaksin olun: Grip, pnevmoniya və COVID-19 peyvəndləri alevlənmələrin qarşısını alır.

Sağlam həyat tərzi seçin: Sağlam qidalanma və gündəlik aktivlik ağciyər funksiyanızı

qoruyar.


Nə vaxt həkimə müraciət etməli?


Təcili yardım çağırın, əgər:

-Dincələrkən belə nəfəs ala bilmirsinizsə

-Qanlı bəlğəm öskürürsünüzsə

-Sinədə şiddətli ağrı, tərləmə, bayılma varsa

-Nəbz çox sürətli və ya nizamsızdırsa


Həkiminizə zəng edin, əgər:

-Yüksək hərarətiniz və ya titrəməniz varsa

-Nəfəs darlığı və halsızlığınız artırsa

-Öskürək və bəlğəm pisləşirsə


Nəticə

Xroniki bronxit ciddi, lakin idarə oluna bilən bir xəstəlikdir. Erkən diaqnoz, doğru müalicə

və siqaretsiz həyat sizi ağırlaşmalardan qoruyar. Əlamətləriniz varsa, pulmonoloqa

müraciət etməyi gecikdirməyin.

 
 
 

Comments


bottom of page