top of page
Search

Bronxektaziya nədir?

Updated: Aug 6

Bronxektaziya nədir
Bronxektaziya nədir

Bronxektaziya, öskürək (xüsusilə bəlğəmli), nəfəs darlığı və tez-tez təkrarlanan infeksiyalarla

gedən xroniki bir ağciyər xəstəliyidir. Bu xəstələrdə hava yolları genişlənir və zədələnir,

nəticədə bəlğəm toplanır və ağciyərin təmizlənməsi çətinləşir. Bu, infeksiyalara və bronxit

tutmalarına səbəb ola bilər.


Əlamətlər nədir?

-Uzunmüddətli öskürək (qalın bəlğəmlə)

-Nəfəs darlığı, xırıltılı tənəffüs

-Tez-tez bronxit və ya ağciyər infeksiyası

-Göğüs ağrısı, bəzən qanlı bəlğəm

-Sinüzit (burun tutulması, üzdə ağrı)


Diaqnoz necə qoyulur?

-Qan testləri, bəlğəm analizi, ağciyər rentgeni və KT (kompüter tomoqrafiyası)

-Spirometriya (ağciyər funksiyasının ölçülməsi)

-Bronkoskopiya – qanlı öskürək hallarında tətbiq oluna bilər


Müalicə necə aparılır?

-Antibiotiklər, iltihab əleyhinə dərmanlar, bəlğəm incəldici dərmanlar

-Fiziki terapiya – ağciyərdəki bəlğəmin xaric olunmasını asanlaşdırır

-Pulmonar reabilitasiya – nəfəs məşqləri və maarifləndirmə proqramları

-Ağırlı hallarda: embolizasiya, əməliyyat, ağciyər transplantasiyası


Özünüz nə edə bilərsiniz?

-Siqareti tərgidin

-Grip, pnevmoniya və COVID-19 peyvəndlərinizi olun

-Xəstə insanlardan uzaq durun, əllərinizi tez-tez yuyun


Həkimə nə zaman müraciət etməli?

-Öskürəyiniz və ya bəlğəm miqdarı artıbsa

-Yeni başlayan nəfəs darlığı və ya sinə ağrınız varsa

-Koyu yaşıl və ya qanlı bəlğəm varsa

-Qızdırma, ümumi halın pisləşməsi müşahidə olunursa

 
 
 

Comments


bottom of page