
Dr. Nigar Əliyeva
Pulmonoloq
Dr. Nigar Əliyeva — 1992-ci ildə Sumqayıt şəhərində anadan olub və hal-hazırda Bakı şəhərində yaşayır. Azərbaycan Tibb Universitetində təhsilini başa vurduqdan sonra, İstanbul Universiteti-Cerrahpaşa Tibb Fakültəsində Göğüs Xəstəlikləri üzrə ixtisaslaşaraq tənəffüs sağlamlığı sahəsində dərin elmi və klinik biliklər qazanmışdır.

Təhsil
-
2018–2024 – İstanbul Universiteti-Cerrahpaşa, Cerrahpaşa Tibb Fakültəsi, Göğüs Xəstəlikləri ixtisası
-
2015--2017 --Azərbaycan Tibb universiteti, Qulaq Burun və Boğaz xəstəlikləri kafedrasında rezidentura
-
2009–2015 – Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi
Peşəkar Təcrübə
-
2024 – Avcılar Medicana Hospital pulmonoloq
-
2018–2024 – İstanbul Universiteti-Cerrahpaşa, Tibb Fakültəsi, Araşdırma Görevlisi (Doktorantura dövrü)
Elmi Fəaliyyət
Dr. Əliyeva yerli və beynəlxalq tibb jurnallarında dərc olunan, tənəffüs sistemi, COVID-19 ilə əlaqəli pulmoner trombozlar, astma, xronik eozinofilik pnevmoniya və obstruktiv yuxu apne sindromu kimi mövzuları əhatə edən 20-dən çox elmi məqalə və poster təqdimatı ilə çıxış etmişdir. Onun elmi fəaliyyəti arasında aşağıdakılar da yer alır:
-
Medicine, European Respiratory Journal, Turkish Journal of Medical Sciences kimi jurnallarda məqalələr
-
Türk Toraks Derneği və TÜSAD daxil olmaqla bir sıra nüfuzlu konqreslərdə sözlü və poster təqdimatları
-
2023-cü ildə keçirilən kongresdə "Sözlü Sunum" kateqoriyasında ikinci yerin sahibi
Sertifikat və Kurslar
Dr. Nigar Əliyeva peşəkar inkişafına davam edərək bir sıra kurslarda iştirak etmiş və beynəlxalq səviyyəli sertifikatlar əldə etmişdir:
-
Araşdırma və Planlama Kursu, Türk Toraks Derneği
-
Solunum Funksiyası Testləri və Arterial Qaz Təhlili
-
Uyku Bozuklukları, Bronkoskopiya və EBUS üzrə praktik kurslar
-
Tütün Asılılığının Müalicəsi Təlimi – TC Səhiyyə Nazirliyi tərəfindən sertifikatlı təlim
Qatıldığı Konqreslər
-
Türk Toraks Derneği (2022, 2023, 2024)
-
TÜSAD – Ulusal Akciğer Sağlığı Kongresi
-
ADHAD və Uyku Bozuklukları üzrə ixtisaslaşmış tədbirlər
Nəfəs Sağlamlığı üzrə Missiyamız və Prinsiplərimiz
Dr. Nigar Əliyevanın fəaliyyətində əsas missiyamız hər bir pasiyentin geniş, şəfqətli və fərdi yanaşmaya əsaslanan ağciyər sağlamlığı xidmətləri almasını təmin etməkdir. Biz yüksək səviyyəli diaqnostika, müalicə və tənəffüs terapiyası xidmətləri göstərməklə nəfəs sağlamlığını və ümumi rifahı yaxşılaşdırmağa çalışırıq.
Pasiyent mərkəzli yanaşma ilə nəfəs sağlamlığınızı və h əyat keyfiyyətinizi yüksəltməyi qarşıya məqsəd qoyuruq. Komandamız ən müasir pulmonologiya texnologiyalarını tətbiq edərək effektiv müalicə təmin edir.