top of page
Search

SİQARƏTİ TƏRK ETMƏYİN FAYDALARI: Nə üçün bu gün başlamağa dəyər?

Updated: Aug 6

ree

Siqaret çəkmək, bir çox xəstəliyin başlıca səbəbi və vaxtından əvvəl ölümün önlənə bilən

əsas faktorudur. Hətta gündə yalnız bir siqaret belə sağlamlıq riskini artırır. Pasiv siqaret

tüstüsünə məruz qalmaq da həm sizin, həm də yaxınlarınızın sağlamlığını təhlükəyə atır.

Sigarəti tərgitmək çətin ola bilər, lakin bu prosesi uğurla tamamlayan minlərlə insan var.

Gəlin, siqareti tərgitməyin sağlamlığınıza gətirəcəyi real və sübutlu faydaları birlikdə

nəzərdən keçirək.


Sigarəti tərgitməyin sağlamlığa təsirləri

Ürək-damar sistemi

Siqaret çəkmək infarkt və insult riskini 2–3 dəfə artırır. Tərgidildikdən 1 il sonra ürək

xəstəliklərindən ölüm riski təxminən yarıya enir. Bu risk illər keçdikcə daha da azalır.

Ağciyər xəstəlikləri

Siqaret KOAH və xroniki bronxit kimi ağciyər xəstəliklərinə səbəb olur. Siqareti buraxdıqdan

ilk 1 il ərzində öskürək və bəlğəmgəlmə kimi əlamətlərdə əhəmiyyətli yaxşılaşma olur.

Astması olan şəxslərdə də simptomlar azala bilər.

Xərçəng riski

Siqaret ağciyər xərçəngi hallarının 90%-nin əsas səbəbidir. Tərgitmək riski azaltsa da,

əvvəllər siqaret çəkmiş insanlarda bu risk heç vaxt sıfır olmur. Bununla belə, siqareti

buraxmaq:

-Yemək borusu

-Sidik kisəsi

-Pankreas

-Boğaz və baş-boyun xərçəngi riskini də azaldır.


Digər xəstəliklər

-Mədə xorası: Siqareti tərgitmək həm yaranın sağalmasını sürətləndirir, həm də yeni

xoraların qarşısını alır.

-Osteoporoz (sümük əriməsi): Siqareti tərgitmək 10 il ərzində sümük sağlamlığını

bərpa etməyə kömək edir.

-Diabet, diş əti problemləri, ereksiya pozğunluğu kimi digər xəstəliklərdə də risk

azalır.


Ətrafınızdakı insanları da qoruyun.


Pasiv siqaret tüstüsü təkcə sizə deyil, ailənizə və övladlarınıza da zərər verir:

-Körpələrdə ani uşaq ölümü sindromu

-Uşaqlarda astma, qulaq infeksiyaları və eşitmə itkisi

-Böyüklərdə infarkt və ağciyər xərçəngi

Hamiləlik zamanı siqaret çəkmək isə düşük, erkən doğum və körpədə aşağı çəki riski

yaradır.


Nəticə

Siqareti nə qədər tez tərgitsəniz, bir o qədər çox fayda görəcəksiniz. Amma heç vaxt gec

deyil – hətta 65 yaşdan sonra siqareti buraxanlarda belə həyat keyfiyyəti və ömür

uzunluğu artır.

Əgər bu yolda sizə dəstək lazımdırsa, həkiminizə və ya siqareti buraxma mərkəzlərinə

müraciət edin. Özünüz və sevdikləriniz üçün bu addımı bu gün atın.



 
 
 

Comments


bottom of page