Ağciyər Xərçəngində Əlavə Testlər, Növlər və Müalicəyə Yol Xəritəsi.
- Dr. Nigar Əliyeva

- Jul 23
- 2 min read

Biyogöstəricilər və molekulyar testlər
Ağciyər xərçəngi diaqnozundan sonra, bəzi xəstələrdə bioloji göstəricilər (biyomarkerlər)
və genetik mutasiyalar üçün əlavə testlər aparılır. Bu testlər sayəsində xəstəyə fərdi və
hədəflənmiş müalicə üsulları seçilə bilər.
Ən çox yoxlanılan göstəricilər:
PD-L1 ekspressiyası
EGFR mutasiyaları
ALK və ROS1 translokasiyaları
Bu göstəricilər xəstəliyin gedişatını və hansı müalicənin daha effektiv olacağını müəyyən
etməyə kömək edir.
Ağciyər xərçəngi növləri
Ağciyər xərçəngi əsasən iki böyük qrupa ayrılır:
1. Küçük hüceyrəli olmayan ağciyər xərçəngi (KHAX) – xəstələrin 85–90%-ində rast
gəlinir. Ən yaygın alt tipləri:
Adenokarsinoma
Skuamöz hüceyrəli karsinoma
Böyük hüceyrəli karsinoma
2. Küçük hüceyrəli ağciyər xərçəngi (KHAK) – daha az rast gəlinir (~10–15%), lakin
sürətli yayılma meyli var.
Bu ayırma müalicə planının düzgün qurulması üçün çox önəmlidir.
Evlərəme necə aparılır?
Diaqnozdan sonra həkimlər xərçəngin hansı mərhələdə olduğunu müəyyən etmək üçün
evreləmə aparırlar. Bu, şişin ölçüsü, yayılma dərəcəsi və digər orqanlara təsirini
qiymətləndirmək üçün edilir.
KHAX üçün istifadə olunan TNM sistemi:
T (Tumor) – şişin ölçüsü və yerləşməsi
N (Node) – limfa düyünlərinə yayılıb-yayılmaması
M (Metastaz) – uzaq orqanlara yayılıb-yayılmaması
Evrelər I-dən IV-ə qədərdir. I və II mərhələlər erkən mərhələlər sayılır. III və IV mərhələlər
isə daha geniş yayılmış formalarıdır.
KHAK üçün isə evreləmə daha sadədir:
Məhdud forma – yalnız döş qəfəsindədir
Yayılmış forma – digər orqanlara da yayılıb
Müalicə necə aparılır?
Ağciyər xərçəngi üçün müalicə seçimi xərçəngin növü, mərhələsi və genetik xüsusiyyətlərinə
görə dəyişir. Əsas müalicə metodları:
Cərrahiyyə
Kimyaterapiya
Radioterapiya
Hədəflənmiş terapiyalar
İmmunoterapiya
Daha erkən mərhələdə diaqnoz qoyulan xəstələrdə sağ qalım şansı daha yüksəkdir.
Nəticə:
Ağciyər xərçəngi sürətli diaqnoz və dəqiq müalicə tələb edən ciddi bir xəstəlikdir. Risk
faktoru daşıyırsınızsa və ya narahatedici əlamətləriniz varsa, pulmonoloqa vaxtında müraciət
etmək həyat qurtarıcı ola bilər.
Ağciyər Xərçəngi Müalicəsindən Sonra Nələr Gözlənilir?
1. Müalicədən sonra nə baş verir?
Ağciyər xərçəngi müalicəsi bitdikdən sonra da xəstə müntəzəm izləmə və nəzarətdə qalır.
Bunun məqsədi xəstəliyin:
Təkrarlanıb-təkrarlanmadığını,
Yaxud müalicəyə baxmayaraq yenidən böyüyüb-böyümədiyini müəyyən etməkdir.
Bu mərhələdə müntəzəm yoxlamalar, göğüs rentgeni və ya KT müayinələri, həmçinin
fiziki müayinə aparılır. Həmçinin daha öncə sadalanan əlamətlərə diqqət yetirmək vacibdir.
Əgər yeni simptomlar ortaya çıxarsa, dərhal həkiminizə məlumat verin.
2. Xərçəng təkrarlanarsa nə olar?
Əgər xəstəlik təkrarlanarsa və ya yenidən böyüyərsə, həkiminiz sizə uyğun olaraq aşağıdakı
müalicə üsullarından bir və ya bir neçəsini önərə bilər:
Kimyaterapiya
İmmunoterapiya
Hədəflənmiş terapiyalar
Radioterapiya
3. Ağciyər xərçənginin qarşısını almaq mümkündürmü?
Bəli, ən əsas qoruyucu addım siqareti tərgitməkdir. Siqaret çəkənlərdə ağciyər xərçəngi
riski, siqaret çəkməyənlərə nisbətən xeyli yüksəkdir. Siqareti buraxmaq, riski əhəmiyyətli
dərəcədə azaldır – heç vaxt gec deyil!
4. Nə etməliyəm?
Həkiminizin müayinələr və testlərlə bağlı verdiyi bütün təlimatlara əməl edin.
Müalicə zamanı yaşadığınız yan təsirləri və ya narahatlıqları açıq şəkildə həkiminizlə paylaşın.
Sizə təklif olunan müalicə barədə sual verməkdən çəkinməyin.
Məsələn:
Bu müalicənin faydası nə olacaq? – Ömrü uzadacaqmı? Əlamətləri azaldacaqmı?
Əks təsirləri varmı?
Alternativ seçimlər mövcuddurmu?
Bu müalicəni qəbul etməsəm nə baş verər?
Nəticə:
Ağciyər xərçəngi ilə mübarizədə düzgün izləmə, vaxtında müdaxilə və açıq ünsiyyət həyat
keyfiyyətinizi və sağ qalma ehtimalınızı artırır. Sualınız varsa, çəkinmədən həkiminizə
müraciət edin.









Comments