top of page
Search

Ağciyər xərçəngi əlamətləri və diaqnostik yanaşma.

Updated: Aug 6

ree

Ağciyər xərçəngi erkən mərhələlərdə çox vaxt heç bir simptom vermir. Lakin xəstəlik

irəlilədikcə bəzi əlamətlər ortaya çıxmağa başlayır. Bu simptomlar digər xəstəliklərlə də

qarışa bilər. Əgər bu əlamətlərdən bir neçəsi sizdə varsa, pulmonoloqa müraciət etmək

vacibdir.


Ən çox rastlanan əlamətlər:

  • Uzunmüddətli və ya dəyişən xarakterli öskürək

  • Qanlı bəlğəm (hemoptizi)

  • Nəfəs darlığı

  • Tez-tez təkrarlayan bronxit və ya sətəlcəm

  • Hırıltılı nəfəsalma

  • Sinə ağrısı

  • Səslə bağlı dəyişikliklər – səs batması

  • Baş ağrısı, üz, boyun və qolda şişkinlik

  • Çiyin, qol və boyun ağrısı (xüsusilə Pancoast şişi zamanı)

  • Açıq səbəbi olmayan arıqlama və halsızlıq


İlkin müayinə və diaqnostika:

Əgər bu simptomlar müşahidə olunursa, həkim əvvəlcə ətraflı sorğu və fiziki müayinə aparır.

Daha sonra aşağıdakı müayinələr istənilə bilər:

  • Rentgen və KT müayinəsi

  • PET/KT müayinəsi

  • Qan analizləri

Əgər görüntüləmə nəticələrində şübhəli törəmə aşkar olunarsa, biopsiya ilə toxuma nümunəsi

götürülərək diaqnoz dəqiqləşdirilir.


Biopsiya üsulları:

  • Bronxoskopiya – ağızdan və ya burundan daxil edilən kamera ilə tənəffüs yollarının

    görüntülənməsi və nümunə götürülməsi.

  • EBUS – lenf düyünlərindən ultrasəs eşliyində biopsiya.

  • KT eşliyində iynə biopsiyası – dəridən incə iynə ilə törəmədən nümunə götürülməsi.

  • Torasentez – plevral mayedən nümunə alma.


Cərrahi biopsiyalar (VATS, mediastinoskopiya, torakotomiya) – lazım gəldikdə

daha geniş toxuma nümunəsi götürmək üçün tətbiq olunur.


Nəticə:

Ağciyər xərçəngi erkən mərhələdə aşkarlandıqda müalicə şansı yüksəkdir. Əgər sizdə uzun

müddətli öskürək, qanlı bəlğəm, nəfəs darlığı və ya yuxarıda sadalanan digər əlamətlər varsa,

vaxtında həkimə müraciət edin.

 
 
 

Comments


bottom of page