top of page
Search

Ağciyər xərçəngi riski və skrininq: Nələri bilməliyik?

Updated: Aug 6


ree

Ağciyər xərçəngi dünyada ən çox ölümlə nəticələnən xərçəng növlərindən biridir. Xəstəliyin

erkən mərhələdə aşkar olunması müalicənin uğur şansını artırır. Bu yazıda, ağciyər xərçəngi

riski və skrininq (yəni müayinələrlə erkən aşkar etmə) haqqında qısa məlumat verəcəyik.


Kimlər risk altındadır?


Ağciyər xərçəngi üçün risk faktorları arasında bunlar yer alır:

-Siqaret çəkmək (ən önəmli risk faktorudur)

-Passiv siqaret tüstüsünə məruz qalmaq

-Radon qazı və ya sənaye kimyəvi maddələrinə məruz qalmaq (asbest, arsen,

xrom və s.)

-Ailə üzvlərində ağciyər xərçəngi olması

-KOAH və ya ağciyər fibrozisi kimi xroniki ağciyər xəstəlikləri

-Keçmişdə döş qəfəsi nahiyəsində şüa müalicəsi almaq

-İrəliləmiş yaş (xüsusilə 40 yaşdan sonra risk artır)


Ağciyər xərçəngi skriningi nədir?

Ağciyər xərçəngi skriningi – heç bir simptom olmayan, lakin yüksək risk altında olan

şəxslərdə xərçəngi erkən aşkar etmək məqsədi ilə aparılır. Bunun üçün aşağı dozalə

kompüter tomoqrafiyası (KT) istifadə olunur. Bu müayinə adi rentgenlə müqayisədə daha

detallı görüntü verir və az şüa ilə həyata keçirilir.


Kimlərə skrininq tövsiyə olunur?

-50–80 yaş arasında olan,

-Ən az 20 paket-il siqaret çəkmiş (məsələn, 20 il gündə 1 paket və ya 10 il gündə 2

paket),

-Hal-hazırda siqaret çəkən və ya son 15 ildə siqareti tərgitmiş şəxslərə.


Nə etməliyik?

-Siqareti buraxmaq, riskinizi azaldacaq ən önəmli addımdır.

-Evinizdə radon qazı olub olmadığını yoxlatdırın.

-Zərərli maddələrlə işləyirsinizsə, qoruyucu tədbirlər görün.

-Yüksək riskli qrupdasanız, həkiminizlə skrininq barədə danışın.


Dr. Nigar Aliyeva – Pulmonoloq | Ağciyər xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis. Ağciyər

xərçənginin erkən diaqnozu həyatınızı xilas edə bilər. Sualınız varsa və ya müayinə üçün

müraciət etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

 
 
 

Comments


bottom of page