top of page
Search

AXOX və qidalanma: Nə üçün düzgün yemək nəfəsinizə kömək edir?

Updated: Aug 6

AXOX və qidalanma...
AXOX və qidalanma...

AXOX (Ağciyərin Xronik Obstruktiv Xəstəliyi) nəfəs almaqda çətinlik yaradan ciddi bir

ağciyər xəstəliyidir. Bu xəstələrdə hava yolları daralır, bəlğəmlə tıxanır və ağciyər kisəcikləri

zədələnir. Bu da nəfəs darlığı, yorğunluq və bəzən çəki itkisi ilə nəticələnir.


Nə üçün qidalanma vacibdir?


AXOX-un müalicəsində əsas məqsəd bədəninizi güclü saxlamaqdır. Yetərli qidalanma:

-Enerji səviyyəsini artırır

-İmmuniteti gücləndirir

-Əzələ kütləsini qoruyur

-İnfeksiyalardan qorunmanı asanlaşdırır


Kimlərə xüsusi diyet tövsiyə olunur?

-Çəki itirən və ya iştahsızlıq yaşayanlar

-Yeməkdən tez doyma hissi olanlar

-Nəfəs alma prosesi zamanı çox enerji sərf edənlər

-Müalicə və dərmanların iştahı azaltdığı hallarda


Çəki almağa ehtiyacınız varsa, bu qidaları sınayın:

-Zülal və kalori ilə zəngin qidalar: yumurta, toyuq, balıq, pendir, süd

-Qatı və qidalandırıcı içkilər: smoothie, milkshake, yoqurt, qida əlavələri (məs.

Ensure, Boost)

-Çərəzlər və quru meyvələr: fıstıq, badam, kişmiş, granola barlar

-Əlavə kalorilər üçün: yeməklərə kərə yağı, zeytun yağı, qoz, protein tozu əlavə edin


Daha yaxşı qidalanmaq üçün nə edə bilərsiniz?

-Gündə 3 böyük yemək əvəzinə 5-6 kiçik porsiya qəbul edin

-Yemək vaxtını alqoritm və ya zənglə xatırladın

-Yemək zamanı deyil, aralarda su qəbul edin

-Yaxşı qoxulu və ədviyyatlı yeməklər seçin

-Yeməkləri ailə və dostlarla birlikdə yeyin

-Hazır yeməklər alın və ya öncədən porsiyalar hazırlayıb dondurun

-Əgər çətinlik çəkirsinizsə, birindən alış-veriş və ya yemək yardımı istəyin

-Yeməkdən əvvəl qısa gəzinti edin – iştahı açar


Yan təsirlərlə necə başa çıxmalı?

-Mədə bulantısı varsa: quru və yüngül qidalar – çörək, düyü, kraker

-Qəbizlik varsa: bol su, meyvə, tərəvəz, paxlalılar və yulaf istifadə edin


Həkiminizə nə zaman müraciət etməlisiniz?

-Kəskin iştahsızlıq

-Həddindən artıq arıqlama

-Qidalanma çətinliyi

-Mədə-bağırsaq şikayətləri

-Əlavə vitamin və ya dietoloq ehtiyacı


Nəticə

AXOX xəstələri üçün düzgün qidalanma sadəcə enerji deyil, nəfəs alma gücü və həyat

keyfiyyəti deməkdir. Sağlam çəkinizi qorumaq və müalicənin təsirini artırmaq üçün

yemək planınızı düzgün qurun.

 
 
 

Comments


bottom of page