Dr. Nigar Əliyeva
Pulmonoloq • Astma, allergik tənəffüs xəstəlikləri və yuxu apnoesi üzrə mütəxəssis
Dr. Nigar Əliyeva
Pulmonoloq • Astma, allergik tənəffüs xəstəlikləri və yuxu apnoesi üzrə mütəxəssis
Dr. Nigar Əliyeva Azərbaycan Tibb Universitetində tibb təhsili aldıqdan sonra İstanbul Universiteti–Cerrahpaşa Tibb Fakültəsinin Göğüs Hastalıkları, Allerji ve Tüberküloz Anabilim Dalında pulmonologiya üzrə ixtisas təhsilini tamamlayıb. İxtisas təhsilindən sonra İstanbulda özəl səhiyyə sektorunda pulmonoloq kimi çalışaraq klinik təcrübəsini davam etdirib. Hazırda Bakıda tənəffüs sistemi xəstəlikləri və yuxu tənəffüs pozğunluqlarının diaqnostika, müalicə və izlənməsi ilə məşğuldur.
Klinik yanaşmasında sübuta əsaslanan beynəlxalq tövsiyələrə və fərdiləşdirilmiş müalicəyə üstünlük verir. Spirometriya, yuxu tənəffüs müayinələri və digər funksional testlərdən istifadə etməklə hər pasiyent üçün diaqnoza və ehtiyaca uyğun izləmə və müalicə planı hazırlanır. Məqsəd yalnız simptomları azaltmaq deyil, xəstəliyin uzunmüddətli nəzarətini və həyat keyfiyyətinin yaxşılaşdırılmasını təmin etməkdir.
- İstanbul Universiteti-Cerrahpaşa — göğüs xəstəlikləri ixtisası
- 20-dən çox elmi məqalə və poster təqdimatı
- Türk Toraks Derneği və TÜSAD konqres iştirakçısı
- Astma, XOAX, pnevmoniya və yuxu apnoesi üzrə təcrübə
Təhsil
- 2018–2024
Göğüs (ağciyər) xəstəlikləri üzrə ixtisas
İstanbul Universiteti-Cerrahpaşa, Cerrahpaşa Tibb Fakültəsi
- 2009–2015
Müalicə-profilaktika fakültəsi
Azərbaycan Tibb Universiteti
Peşəkar təcrübə
- 2024
Pulmonoloq
Avcılar Medicana Hospital
- 2018–2024
Tədqiqatçı həkim (ixtisas təhsili)
İstanbul Universiteti-Cerrahpaşa, Tibb Fakültəsi
- 2025–hazırda
Pulmonoloq / Tənəffüs xəstəlikləri üzrə mütəxəssis
HB Güvən Clinic, Bakı
Dr. Nigar Əliyevanın elmi fəaliyyəti əsasən pulmonologiya, yuxu tənəffüs pozğunluqları, pulmoner vaskulyar xəstəliklər və sistemik xəstəliklərin tənəffüs sistemi ilə əlaqələrinin araşdırılmasına yönəlib. Müxtəlif mövzularda beynəlxalq və yerli elmi jurnallarda məqalələri dərc olunub, elmi işləri konqreslərdə şifahi və poster təqdimatlar şəklində təqdim edilib.
Sertifikat və kurslar
- Araşdırma və Planlama Kursu — Türk Toraks Derneği
- Tənəffüs funksiyası testləri və arterial qan qazı təhlili
- Yuxu pozğunluqları, bronxoskopiya və EBUS üzrə praktik kurslar
- Tütün asılılığının müalicəsi təlimi — Türkiyə Səhiyyə Nazirliyi sertifikatı
İştirak etdiyi konqreslər
- Türk Toraks Derneği (2022, 2023, 2024)
- TÜSAD — Ulusal Akciğer Sağlığı Kongresi
- ADHAD və yuxu pozğunluqları üzrə ixtisaslaşmış tədbirlər
Tənəffüsünüzlə bağlı narahatsınız?
Gecikdirməyin. Bu gün onlayn randevu götürün və mütəxəssis rəyi alın.